"Barselona" "Kamp Nou" stadionunun ad hüququnu birillik satışa çıxarmaq qərarına gəlib.
Fanat.Az xəbər verir ki, "Pornhub" porno saytı tvitter hesabı vasitəsilə məsələyə ironik şəkildə münasibət bildirib. "Pornhab" stadionu - qulağa xoş gəlir", - deyə tvitdə qeyd olunub.
"Kamp Nou" stadionu tarixində ilk dəfə adını dəyişə bilər. Satışdan əldə olunan gəlir koronavirusla mübarizə məqsədi ilə istifadə olunacaq.
"Barselona" keçirilməyən hər ev oyununa görə 3 milyon avrodan çox gəlirdən məhrum olur.
Fanat.Az