"Barselona" sağ cinah müdafiəçisi Nelson Semedunun yekun transfer qiymətini müəyyənləşdirib.
Fanat.Az "Sport" nəşrinə istinadən xəbər verir ki, "Barselona" Semedunu 45 milyon avroya satmağı planlaşdırır.
Katalon klubu daha öncə müqavilənin uzadılması ilə bağlı portuqaliyalı futbolçu ilə danışıqlara başlasa da, koronavirus pandemiyası səbəbindən müzakirələrə fasilə verilmişdi. Semedunun hazırkı sözləşməsi 2022-ci ilin yayında başa çatacaq.
Ötən yay "Atletiko", "Yuventus" və "Mançeter Siti" 26 yaşlı oyunçu ilə yaxından maraqlanırdılar.
"Barselona"nın Semedudan Lautaro Martinesin ("İnter") transferində "barter" variantı kimi istifadə edəcəyi də istisna deyil.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol