Artur maddi böhrandan qurtulmaq üçün bir neçə futbolçusunu satmağı qarşısına məqsəd qoyan "Barselona”dan ayrılmaq istəmir.
Fanat.Az "Esporte Interativo”ya istinadən xəbər verir ki, "Yuventus”, "İnter” və "Tottenhem”in maraq dairəsində olan braziliyalı yarımmüdafiəçi bu çağırışları müsbət cavablandırmaq niyyətində deyil. Oyunçu artıq klub rəhbərliyinə də "Barsa”nı tərk etmək istəmədiyini çatdırıb.
2018-ci ilin yayında "Qremio”dan 31 milyon avroya transfer edilən Artur bu mövsüm La Liqada 16 oyuna çıxıb, 3 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol