"Leyptsiq”in müdafiəçisi Deotşankül Yupamekano "Bavariya”ya keçmək istəyir.
Fanat.Az Almaniya mətbuatına istinadən xəbər verir ki, "Real"ın da maraq göstərdiyi gənc oyunçu Almaniya nəhənginə keçməyin daha uyğun variant olduğunu düşünür. Müdafiəçi hazırkı klubuyla onu Münhen təmsilçisinə daha ucuz qiymətə satması üçün danışıq aparır.
21 yaşlı fransalını 58 milyon avroya satmaq istəyən "Leyptsiq” rəhbərliyinin "Bavariya”ya güzəşt edib-etməyəcəyi indilik bəlli deyil.
Yupamekanonun "Leyptsiq”lə olan müqaviləsinin müddəti 2021-ci ilin 30 iyun tarixində bitəcək.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol