17:14 26.04.2020 700

Almaniya Bundesliqası sərt qaydalarla bərpa olunacaq

Mayın 9-da bərpası planlaşdırılan Almaniya Bundesliqasında koronavirus təhlükəsi ilə əlaqədar sərt qaydalar işə düşəcək.

Qaydalar Almaniya Futbol İttifaqı (DFB) və Almaniya Futbol Liqasının (DFL) birgə hazırladıqları sənəddə əksini tapıb. Bildirilir ki, oyunçular ya komandaların otellərində, ya da öz evlərində qala bilərlər. Amma qarşı tərəfdə virus simptomları varsa, cinsi əlaqə və ya öpüşmək olmaz. Diş pastaları, dəsmal, qab-qacaq, içkilər və adyallar ayrı olmalıdır.

Stadionlara isə 300-dək şəxs buraxıla bilər. Həmin şəxslərdən 4-ü polis, 4-ü topdaşıyan uşaq, 8-i ot xidmətçisi, 10-u jurnalist və 50-si təhlükəsizlik xidməti işçisi olmalıdır.

Bütün komandalar ilk məşqdən əvvəl, biri oyunöncəsi olmaqla, həftədə iki dəfə testdən keçməlidir. Bu hal mövsümün sonunadək davam etməlidir. Gigiyena üzrə əməkdaş isə onlarda heç bir simptomun olmadığını təsdiqləməlidir. Mətbəxdə yeməyə icazə verilməyəcək, yeməyi aparmaq lazım gələcək. Yeməklər əvvəlcədən komandanın şef-aşpazı tərəfindən hazırlanmalı və yalnız fərdi su qablarından istifadə olunmalıdır.

Oyunçulara duş qəbulu və paltardəyişməni evdə etmələri tövsiyə olunacaq. Onlar şəxsi əşyalarını və ayaqqabılarını yuyucu maşına qoymalıdırlar.

Komandalar oyunlara futbolçular arasında məsafənin gözlənilməsi üçün bir neçə avtobusda gəlməlidirlər. Oyunçular maskada olmalı, avtobuslar isə stadionun girişində dezinfeksiya edilməlidir. Hər bir komanda müxtəlif vaxtlarda gəlib-getməlidir. Ev qarşılaşmalarına isə futbolçular öz maşınlarında gəlməlidirlər.

Onların bədən temperaturları qulaq termometrləri vasitəsilə ölçülməli, hər bir otaq dezinfeksiya edilməli, qapılar isə açıq saxlanılmalıdır.

Futbolçuların paltardəyişmə otaqlarında qalmaları minimuma endirilməli, aralarında 2 metrlik məsafə olmalı, futbolçular tək-tək duş qəbul etməlidirlər.

İki komandanın tuneldə eyni vaxtda olmasına icazə verilməyəcək və meydana çıxdıqdan sonra düzülüş, komanda vımpellərinin dəyişdirilməsi, əlsıxma, yan-yana durma halları olmayacaq. Ehtiyat oyunçular skamyada bir-birilərindən iki-üç oturacaq aralıda olmalı, lazım gəlsə, bəziləri tribunada oturmalıdırlar. Görüşdən sonra müsahibələr isə qarışıq zonaya girmədən minimum sayda olmalıdır.

Komandalar otellərə və nömrələrə ayrıca giriş, liftlə daxil olmalıdırlar. Onlar otelin digər sakinləri ilə təmasa girməməli və iki metrlik məsafəni gözləməlidirlər. (report.az)

Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

10 İyul 2025
15:27

"Karvan" qapıçısı ilə müqavilə yenilədi - RƏSMİ

15:08

"Sumqayıt" Azərbaycanda oynamış milli üzvünü heyətinə qatır

14:46

Azərbaycan millisi FİFA reytinqində gerilədi

14:31

Prezidenti korrupsiyada günahlandırılan klub RPL-dən uzaqlaşdırıldı - Hakim də saxlanıldı

14:13

"Rəhbərlik qarşımıza azı iki mərhələ adlamaq tapşırığı qoyub" - "Araz-Naxçıvan"ın kapitanı

13:56

Ramiz Məmmədovun təyinatı açıqlandı

13:39

Mehrac Baxşalı bu kluba keçmək üzrədir

13:20

Azərbaycanın U-18 yığmasının AÇ-nin pley-offundakı rəqibi bəlli oldu

13:01

A Seriyası klubu Arda Turanı braziliyalı vingersiz qoymaq istəyir

12:41

Azərbaycanın U-16 millisi Cəbəllüttariqə qarşı

12:23

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

12:05

Konfrans Liqasında bu gün 21 oyun keçiriləcək

11:46

"Neftçi"dən yeni transfer

11:39

Naxçıvanda məşqçi kursu keçiriləcək

11:20

Premyer Liqanın debütantı 5 futbolçu ilə vidalaşdı - RƏSMİ

11:01

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:42

Stolüstü tennisçilərimiz Avropa birinciliyində iştirak edəcəklər

10:23

Avroliqa mübarizəsi Bakıda start götürür

09:45

"Araz-Naxçıvan"ın rəqibi son oyununda 2 qol vurub uduzdu

09:23

PSJ "Real Madrid"i belə "döyüb" finala çıxdı - VİDEO

09:00

Avropa Liqası: "Sabah" Sloveniya təmsilçisinə qarşı

01:08

ÇL: "Qarabağ"ın rəqiblərinin duelində İrlandiya təmsilçisi sevindi

01:04

PSJ "Real"ı darmadağın edib ikinci finalçı oldu

09 İyul 2025
23:50

"Azərreyl" serbiyalı voleybolçu ilə anlaşdı

23:12

"Zirə" Türkiyədə qalib gəldi

22:40

"Sabah"ın qapıçısı 2-ci Liqa klubuna qoşulmağa yaxındır

22:17

Paraqvaylı hücumçu İPL klubunu Braziliya təmsilçisinə dəyişdi - RƏSMİ

21:43

Cavid İmamverdiyev bu kluba keçir

21:18

Orxan Sadıqlı "Şəmkir"dən niyə ayrılıb? - SƏBƏB

20:46

"Qalatasaray" Barışın əvəzinə ''Bayern Münhen"in ulduzunu gətirir

20:18

PFL Azərbaycan Kubokunun finalı ilə bağlı qərarını qətiləşdirdi

19:57

Teves Argentina klubunun baş məşqçisi oldu - RƏSMİ

19:15

"Olimpik Lion" Liqa 2-yə göndərilməyəcək - RƏSMİ

18:44

Kim yatmış, kim oyaq? - MPL klublarının yay hazırlığı haqda yazı

18:20

"Araz-Naxçıvan" Türkiyə təmsilçisini 14 cavabsız qolla yendi

17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

Facebookdan bizi izləməyi unutmayın.
X