İspaniyanın "Betis" klubunun tarixindəki ən yaxşı qapıçılar müəyyənləşib.
Fanat.Az "Sevilla.abc" nəşrinə istinadən xəbər verir ki, "Xəzər Lənkəran"ın sabiq üzvü Toni Doblas da 14 nəfərlik siyahıda yer alıb.
Doblas 1999-2003-cü illərdə "Betis"in əvəzedici, 2003-2008-ci illərdə isə əsas komandasında çıxış edib. İspaniyalı oyunçu 2013-cü ildə Lənkəran təmsilçisinin formasını geyinib.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol