"Monako"nun hücumçusu Vissam Ben Yedder karyerasını İngiltərədə davam etdirə bilər.
Fanat.Az "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, "Monako" Çempionlar Liqasından kənarda qalsa, Ben Yedder komandanı tərk edəcək. 29 yaşlı futbolçu uğrunda mübarizədə "Arsenal" və "Mançester Yunayted"in favorit olduğu bildirilir. Onun adı həmçinin "Atletiko", "Real", "Mançester Siti" kimi klublarla da yanaşı hallanır.
Cari mövsümdə Liqa 1-də 26 matçda meydana çıxan Ben-Yedderin aktivində 18 qol, 6 məhsuldar ötürmə var.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol