Koronavirus pandemiyası səbəbindən Fransa Liqa 1-də mövsümün vaxtından əvvəl başa çatdırılması qərara alınıb. Həmçinin, ölkədə futbol matçlarının keçirilməsinin bir müddət qadağan ediləcəyi bildirilir.
Bununla belə, PSJ rəhbərliyi Çempionlar Liqasında iştirakdan imtina etmək niyyətində deyil. Fanat.Az "Get French Football News"-a istinadən xəbər verir ki, Paris təmsilçisi ev oyunlarını başqa ölkələrdə keçiməyə hazırdı.
Qeyd edək ki, PSJ ÇL-də Dortmund "Borussiya"sını mübarizədən kənarlaşdıraraq 1/4 finala yüksəlib.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol