Liverpul Universitetinin Menecment Məktəbi (ULMS) İngiltərə Premyer Liqasının ən bahalı klublarını sıralayıb.
Fanat.Az xəbər verir ki, ilk sırada "Tottenhem" qərarlaşıb. "Spörs"ün dəyəri 2,5 milyard funt təşkil edir. "Mançester Siti" (2,2 milyard) ikinci, "Mançester Yunayted" (2,1 milyard) isə üçüncü olub.
"Tottenhem"in 2018-19 mövsümündə Çempionlar Liqasında final oynaması, Premyer Liqada "ilk dördlük"də qərarlaşması və "böyük altılığ"ın digər klubları ilə müqayisədə 100-150 milyon funt az məvacib ödəməsi sıralamaya öz təsirini göstərib.
Ötən mövsüm London təmsilçisinin gəlirləri 21% artıb. "Tottenhem" büdcənin sadəcə 39%-ni maaşlara ayırır. Müqayisə üçün qeyd edək ki, "Lester"in qazancının 84%-i oyunçuların əmək haqlarının ödənilməsinə sərf olunur.
İPL-in ən bahalı klubları, "ilk onluq":
1. "Tottenhem" - 2,5 milyard funt
2. "Mançester Siti" - 2,2 milyard
3. "Mançester Yunayted" - 2,1 milyard
4. "Liverpul" - 1,5 milyard
5. "Arsenal" - 1,3 milyard
6. "Çelsii" - 1,2 milyard
7. "Vulverhempton" - 458 milyon
8. "Nyukasl" - 387 milyon
9. "Börnli" - 350 milyon
10. "Lester" - 304 milyon
Fanat.Az