"AZ Alkmar"ın hücumçusu Mayron Boadu karyerasını İspaniyada davam etdirə bilər.
Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, "Barselona" Boadunun xidmətində maraqlıdı. Katalon klubunun rəhbərliyi 19 yaşlı futbolçunu, transfer etmək istədikləri Lautaro Martinesin ("İnter") alternativi hesab edir. Daha əvvəl "blauqrana"nın argentinalı forvardın təzminat məbləğini - 111 milyon avro - ödəmək gücündə olmadığına dair məlumat yayılmışdı.
Boadu 2019-20 mövsümündə 14 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən Niderland Erediviziyasında mövsümün vaxtından əvvəl başa çatması qərara alınıb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol