"Real"ın vingeri Eden Azar zədəsini sağaltmağa davam edir.
Fanat.Az "As" nəşrinə istinadən xəbər verir ki, Azar artıq topla çalışmalara və qaçış məşqlərinə başlayıb.
İspaniyada mövsümün iyul ayında bərpa ediləcəyi gözlənilir. Belçikalı futbolçunun həmin vaxta kimi tam hazır olacağı bildirilir.
Cari mövsümdə La Liqada 10 matçda meydana çıxan Azarın aktivində 1 qol, 4 məhsuldar ötürmə var.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol