İngiltərə Premyer Liqasının potensial başlama tarixi məlum olub.
Fanat.Az "The Telegraph"a istinadən xəbər verir ki, İPL rəhbərliyi mövsümü 8 iyunda bərpa etmək niyyətindədi. Yaxın günlərdə bu variant klub nümayəndələri ilə birlikdə müzakirə olunacaq.
Komandaların sözügedən tarixdən üç həftə əvvəl - 18 mayda məşqlərə başlayacağı gözlənilir.
Daha əvvəl ingilis klublarının mövsümün erkən bərpa olunma ehtimalına görə narahat olduqlarına dair xəbərlər yayılmışdı.
Premyer Liqada 29 tur geridə qalıb. 4 klub digərlərindən bir oyun az keçirib. Turnir cədvəlinin lideri "Liverpul" ən yaxın izləyicisi "Mançester Siti"ni 25 xal qabaqlayır.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol