"Mançester Siti"nin hücumçusu Serxio Aquero Lionel Messinin "Barselona"dan ayrılacağına dair çıxan məlumatlara münasibət bildirib.
Fanat.Az "El Chiringuito"ya istinadən xəbər verir ki, argentinalı futbolçu həmyerlisinin katalon klubunu tərk etməyəcəyini düşünür:
"Leo "Barselona"nın simvolu və əfsanəsidi. O, kult fiqurdu. Messi "Barsa"nı sevir, özünü klubla eyniləşdirir və görünür, orada xoşbəxtdi. Futbolda hər şey mümkündü, amma mənə elə gəlir ki, nə olursa olsun, Leo "Barsa"da oynamağa davam edəcək".
Messi 13 yaşından bəri "Barselona"da oynayır. O, 2003-cü ildən əsas komandanın üzvüdü.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol