"Barselona" rəhbərliyi təzminat məbləği 111 milyon avro olan Lautaro Martinesin ("İnter") transferindən imtina etmək niyyətində deyil.
"Barselona" koronavirus pandemiyasından qaynaqlanan maliyyə böhranı səbəbindən Lautaronun sərbəstqalma məbləğini ödəməyə hazır deyil. Bununla belə, katalon klubu digər variantları nəzərdən keçirir.
Fanat.Az "As" nəşrinə istinadən xəbər verir ki, "Barsa" argentinalı futbolçunu heyətinə qatmaq üçün 90 milyon avro ilə yanaşı, Arturo Vidalı qarşı tərəfə təklif etməlidi. Çilili oyunçu özü də karyerasını "İnter"də davam etdirmək istəyir.
Ancaq daha da maraqlısı, "neradzurri" Antuan Qrizmannın Martinesin keçidinə daxil edilməsini və fransız forvardın bir mövsüm ödənişsiz icarə əsasında komandada oynamasını tələb edir.
Daha əvvəl "Barselona"nın baş məşqçisi Kike Setyen Lautaronun potensial transferinə münasibət bildirərkən COVID-19-un klubun planlarına ciddi təsir etdiyini vurğulamışdı.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol