Koronavirus pandemiyası səbəbindən Fransa Liqa 1 vaxtından əvvəl başa çatdı.
Fanat.Az xəbər verir ki, "France Football" mövsümün yekunları əsasında çempionatın rəmzi komandasını hazırlayıb. Nəşrin mütəxəssislərinin verdiyi orta ballar əsasında "11-lik" müəyyənləşib.
Rəmzi komandaya PSJ-dən 5, "Renn"dən 3, "Reyms"dən 2, "Monako"dan isə 1 futbolçu düşüb.
"France Football" nəşrinin versiyasına görə, mövsümün komandası:
Qapıçı: Predraq Raykoviç ("Reyms", orta bal - 5,96);
Müdafiəçilər: Amari Traore ("Renn", 5,41), Tiaqo Silva (PSJ, 5,75), Yunis Abdelhamid ("Reyms", 5,64), Fetu Mauassa ("Renn", 5,59);
Yarımmüdafiəçilər: Marko Verratti (PSJ, 6), Eduardo Kamavinqa ("Renn", 6,13), Anxel Di Mariya (PSJ, 6,17);
Hücumçular: Kilian Mbappe (PSJ, 6,35), Neymar (PSJ, 6,07), Vissam Ben Yedder ("Monako", 5,84).
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol