"Barselona" Usman Dembeleni növbəti mövsüm də komandada saxlamaq qərarına gəlib.
Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, baş məşqçi Kike Setyen Dembeleyə güvənir. İspan mütəxəssis, zədəsini sağaltdıqdan sonra fransız futbolçudan maksimum faydalanmağı planlaşdırır.
Son olaraq Dembelenin sağ bud biçepsinin proksimal tendomu yırtılmışdı. 22 yaşlı vinger fevral ayında əməliyyat olunmuşdu.
Cari mövsümdə La Liqada 5 matçda meydana çıxan Dembele 1 dəfə rəqib qapılarına yol tapıb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol