"Barselona"nın bütün oyunçuları növbəti həftənin əvvəlinə kimi klubun düşərgəsinə qayıtmalıdılar.
Fanat.Az "As"a istinadən xəbər verir ki, "Barselona" mayın 6-da futbolçuları koronavirus testindən keçirməyi planlaşdırır. Yalnız bundan sonra fərdi məşğələlərə start veriləcək.
Katalon klubunun iki oyunçusu - Frenki de Yonq və Martin Breytueyt karantin dövründə şəhəri tərk etmişdilər. 22 yaşlı yarımmüdafiəçi Niderlanda qayıtmış, danimarkalı forvard isə Madridə yollanmışdı. Breytueyt "Barselona"ya keçdikdən sonra ev tapa bilmədiyi üçün oteldə yaşayırdı.
"Blauqrana" rəhbərliyi hər iki futbolçunun vaxtında düşərgəyə qayıdacağından əmindi.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol