"Mançester Siti"nin cinah müdafiəçisi Aleksandr Zinçenko "Mançester Siti"nin baş məşqçisi Pep Quardiola və onun Ukrayna millisindəki həmkarı Andrey Şevçenkonu müqayisə edib.
Fanat.Az xəbər verir ki, Zinçenko Ukrayna Futbol Assosiasiyasının saytına verdiyi müsahibədə, hər iki çalışdırıcının bənzər keyfiyyətlərə sahib olduğunu vurğulayıb:
"Hər ikisi taktikanı çox yaxşı bilirlər. Məsələn, biz Portuqaliyanı çox yaxşı analiz etmişdik. Düzdü, bəzi anlarda bəxtimiz gətirdi. Portuqaliyalıların qol epizodları oldu, top dirəyə dəydi və s. Amma biz maksimumuzu ortaya qoyduq, məşqçilər heyətinin təlimatlarını yerinə yetirdik və lazımi nəticəni qazandıq.
Oyun fəlsəfəsi, düzülüş, topa nəzarət, məsafə, meydandakı həmrəylik... - bütün bu kriteriyalara, göstəricilərə görə Şevçenko və Quardiola bir-birlərinə çox bənzəyirlər. Bu səbəbdən Ukrayna millisinin düşərgəsinə yollananda uyğunlaşma problemi yaşamıram".
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol