Dortmund "Borussiya"sının vingeri Ceydon Sanço "Barselona"nın maraq dairəsində deyil.
Daha öncə "Bild" Neymarın (PSJ) keçidi baş tutmayacağı təqdirdə, "Barselona"nın Sançonu transfer etməyə çalışacağına dair məlumat yaymışdı. Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, katalon klubu 20 yaşlı futbolçu ilə maraqlanmır. "Blauqrana" yayda başqa transferləri həyata keçirməyə çalışacaq.
"Borussiya"nın "Barsa"nın gənc vingeri Anssumane Fatini Sançonun alternativi kimi gördüyü bildirilir.
İngilis oyunçu uğrunda mübarizədə "Mançester Yunayted" favorit sayılır.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol