Arda Turan "Qalatasaray"a qayıtmaq istəyir.
Fanat.Az xəbər verir ki, bu barədə futbolçu özü açıqlama verib.
"Başakşəhər”dən ayrıldıqdan sonra klubsuz qana Arda karyerasını "Cim-Bom"da bitirmək istədiyini deyib: "Əvvəlcə ikinci uşağımı qucağıma almağı gözləyirəm. Sonra ailəmlə danışıb, bir qərar vermək istəyirəm. Hər zaman söylədiyim kimi "Qalatasaray" məni yetişdirən klub, mənim evimdi. Hər zaman ilk seçimim "Qalatasaray"da oynamaq, karyeramı burada bitirməkdi".
Qeyd edək ki, Arda "Qalatasaray"ın yetirməsidi. İstanbul klubu onu 2011-ci ildə "Atletiko"ya satıb. 2015-ci ildə 34 milyon avroya "Barselona"ya keçən futbolçu 2018-ci ildən icarə əsasına "Başakşəhər"də çıxış edirdi. Ardanın Kataloniya klubu ilə müqaviləsi bu yay başa çatır.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol