Fransanın "Renn" klubu "Roma"dan mövsümün sonuna qədər icarəyə götürdüyü Stiven Nzonzi yeni anlaşmaya imza atıb.
Fanat.Az xəbər verir ki, Liqa 1-də mövsüm vaxtından əvvəl başa çatdırıldığı üçün "qırmızı-qaralar" 3-cü pillənin sahibi kimi Çempionlar Liqasına vəsiqə qazanıb. Bu səbəbdən klub Fransa millisinin üzvünü daha bir mövsüm icarəyə götürüb.
Caeri mövsümün ilk yarısını icarə əsasında "Qalatasaray"da keçirən 31 yaşlı orta xətt oyunçusu bu qış "Renn"ə keçib. Onun "Roma" ilə olan müqaviləsinin müddəti 2022-ci ilin yayında bitəcək.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol