"Fənərbağça" məşqləri bərpa edib.
Fanat.Az xəbər verir ki, İstanbul klubunun futbolçuları yüngül məşqlə kifayətlənib. Oyunçular hazırlıqlarını 4 nəfərdən ibarət qruplarla davam etdirərək sosial məsafə qaydalarına riayət ediblər. Onların fərqli soyunub-geyinmə otaqlarından yararlandıqları və bir neçəsinin şəxsi maşını ilə təlim-məşq mərkəzinə gəldiyi vurğulanıb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol