"Barselona"nın sabiq üzvü Xavi Lionel Messinin hələ uzun müddət yüksək səviyyədə oynayacağını düşünür.
Fanat.Az xəbər verir ki, Xavi instaqram yayımında Samuel Eto'o ilə bu barədə söhbətləşib:
- Messi karyerasını bitirməmiş sən "Barselona"nın məşqçisi olmalısan...
- Hə, bu, mənim üçün müsbət addım olardı. Messi hələ 5-7 il yüksək səviyyədə oynayacaq. Özünə yaxşı baxır və 37, 38, hətta 39 yaşına kimi oynayacaq gücdədi. Qətərdə keçiriləcək dünya çempionatında iştirak edəcəyindən əminəm. İndiki "Barsa"ya gəlincə, komanda xoşuma gəlir. Mən Kike Setyenin ideyalarını bəyənirəm. Ümumiyyətlə, Quardiolanın tərzinə üstünlük verən, geri addım atmayan, həmişə hücumu düşünən komandaları xoşlayıram.
İyun ayında Messinin 33 yaşı olacaq.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol