Meqan Rapino ABŞ Demokrat Partiyasının prezidentliyə namizədi Co Baydenin rəhbərliyi altında vitse-prezident olmağa hazır olduğunu bildirib.
Fanat.Az xəbər verir ki, 34 yaşlı futbolçu instaqram canlı yayımında Co Bayden və onun həyat yoldaşı ilə söhbətində bu yöndəki istəyini dilə gətirib:
"Sizi utandırmaq istəmirəm, amma məncə, eyni zamanda həm futbol oynamaq, həm də siyasətlə məşğul olmaq olar. Vitse-prezidentə ehtiyacınız varsa, deyim ki, mən iş müsahibəsinə hazıram. Detalları müzakirə edə bilərik. Nəzərinizdə olsun".
Rapino ikiqat dünya çempionudu. O, ötən il FIFA tərəfindən dünyanın ən yaxşı qadın futbolçusu seçilmişdi.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol