AÇ-2020-nin final mərhələsinin oyunlarına stadionlardan baxmaq üçün bilet alan azarkeşlərin pullarını geri götürə bilməsi üçün xüsusi portal yaradılıb.
Fanat.Az xəbər verir ki, məlumatı Avropa futbol qurumunun rəsmi saytı yayıb.
Xəbərdə bildirilir ki, bunun üçün qurumun saytında müvafiq prosedurları tamamlamaq lazımdı. Daha əvvəl alınan biletlərin 2021-ci ildə keçiriləcək turnir üçün etibarlı olacağı vurğulanıb. Amma hər şeyə dəqiq təqvimin aydınlıq gəlməsindən sonra qərar veriləcək. İstənilən halda AÇ-2020-nin oyunlarına bilet almaq fikrindən daşınan şəxslər isə artıq indidən öz pullarını geri ala biləcəklər.
Qeyd edək ki, bu il keçirilməli olan Avropa çempionatı 2021-ci ilin 11 iyun-11 iyuluna təxirə salınıb. AÇ-2020-də A qrupunun 3 (İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə), 1/4 final mərhələsinin isə 1 oyunu Bakı Olimpiya Stadionunda keçirilməlidi. Qrupun digər oyunları isə Romada İtaliya yığmasının iştirakı ilə nəzərdə tutulub.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol