"Mançester Siti"nin vingeri Leroy Sane karyerasını "Bavariya"da davam etdirə bilər.
Fanat.Az "Sport Bild"ə istinadən xəbər verir ki, "Bavariya" Sane ilə 5 illik müqavilənin şərtlərini razılaşdırıb. Münhen klubu bu yay transferi aşağı qiymətə rəsmiləşdirməyə çalışacaq.
"Bavariya" danışıqlara 40 milyon avrodan başlayacaq. "Mançester Siti"nin isə 24 yaşlı futbolçunun transferinə 60 milyondan aşağı qiymətə razılıq verməyəcəyi bildirilir.
"Bavariya"nın rəhbər şəxsləri - Oliver Kan və Hasan Salihamiciç keçidə razılıq veriblər.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol