"Barselona" oyunçuları bu gün koronavirus testindən keçiblər.
İlk olaraq İvan Rakitiç, Serxio Buskets, Frenki de Yonq, Kleman Lanqle və Serci Roberto bazada görüntüləniblər. Zədəsini sağaltmaqla məşğul olan Usman Dembele istisna olmaqla, bütün futbolçular koronavirus analizi veriblər.
Fanat.Az "Cadena SER"-ə istinadən xəbər verir ki, fransız vingerin cari mövsüm La Liqada meydana çıxmaq şansı yoxdu. Bu səbəbdən onun klubun düşərgəsinə yollanmadığı bildirilir.
Test nəticəsi mənfi olan futbolçulara məşqlərdə iştirak etməyə icazə veriləcək.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol