"Real" Kazemironun əvəzedicisini tapmaq niyyətindədi.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, "Real" yayda heyətini dayaq yarımmüdafiəçisi ilə gücləndirməyi planlaşdırır. Madrid klubunun siyahısında Eduardu Kamavinqa ("Renn"), N'Qolo Kante ("Çelsi"), Orelyen Tçuameni ("Monako") və Bubakari Sumarenin ("Lill") adları yer alıb.
Baş məşqçi Zinəddin Zidanın, bir vaxtlar "Real"da və Fransa yığmasında birlikdə oynadığı Klod Makeleleyə bənzər futbolçu axtardığı bildirilir.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol