Danimarka 2021-ci ilə təxirə salınan Avro-2020-nin ev sahibliyindən imtina etməmək qərarına gəlib.
Fanat.Az xəbər verir ki, Danimarka Futbol Fedeasiyası Avropa çempionatının oyunlarını keçirməyə hazır olduqlarını bəyan edib. Planlaşdırıldığı kimi, Kopenhagendə yerləşən "Parken" stadionu qrup mərhələsinin üç, 1/8 finalın isə bir matçına ev sahibliyi edəcək.
Qeyd edək ki, "Tur de Frans"ın Danimarka mərhələlərinin Avro-2020 ilə üst-üstə düşməsi ölkə rəsmilərini çətin vəziyyətdə qoymuşdu.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol