Cəbəllütariq Milli Liqasının koronavirus pandemiyası səbəbindən erkən başa çatdırılması qərara alınıb.
Fanat.Az xəbər verir ki, Cəbəllütariq Futbol Assosiasiyasının İdarə Heyəti, Strateji İdarəetmə Mərkəzi və Futbol Liqaları Assosiasiyası arasındakı müzakirələrdən sonra bu yöndə qərar qəbul edilib. Milli Liqanın cari nəticələri etibarsız hesab olunub və çempion müəyyənləşməyib.
Çempionatın lideri - "Avropa" klubu ən yaxın izləyicisini 5 xal qabaqlayırdı.
Qeyd edək ki, daha əvvəl Niderland və Fransada mövsüm vaxtından əvvəl başa çatmışdı.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol