"Real Sosyedad"ın qapıçısı Aleks Remiro koronavirusa yoluxub.
Fanat.Az "As" nəşrinə istinadən xəbər verir ki, Remironun koronavirus testinin nəticəsi pozitiv çıxıb. Mənbəyə görə, 25 yaşlı qolkiperin digər insanları yoluxdurmaq ehtimalı azdı. O, xəstəliyi simptomsuz, yüngül formada keçirir.
Remironun indilik məşqlərə başlamasına icazə verilmir. İspan qapıçı bir neçə gün karantində qalmalıdı.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol