Agent Veronika Rabio oğlu Adrienin karyerasını İngiltərə Premyer Liqasında davam etdirməsinin tərəfdarıdı.
Fanat.Az "Corriere dello Sport"a istinadən xəbər verir ki, Veronika yalnız İPL klublarının oğlunun maliyyə tələblərini qarşılaya biləcəyindən əmindi. Son günlərdə Rabyonun adı "Mançester Yunayted" və "Everton"la hallansa da, rəsmi bir şeydən söhbət gedə bilməz.
Cari mövsümdə "Yuventus" forması ilə 24 matçda meydana çıxan fransız futbolçu hansısa məhsuldar göstərici ilə yadda qala bilməyib.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol