"Napoli"nin 28 yaşlı mərkəz müdafiəçisi Kalidu Kulibali karyerasını İngiltərədə davam etdirməyə yaxındı.
Fanat.Az xəbər verir ki, futbolçunun mövsümün sonunda klubundan ayrılacağı gözlənilir.
İngiltərə mətbuatı "Real" və PSJ-nin də maraqlandığı seneqallı oyunçunun "Liverpul”la razılığa gəldiyini yazıb.
Yeri gəlmişkən, "Napoli" Kulibalini 90 milyon avro qarşılığında satmağa hazır olduğunu açıqlayıb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol