"Mançester Siti"nin sahibi olan "City Football Group" (CFG) tərkibinə daha bir klubu qatıb.
Fanat.Az CFG-nin saytına istinadən xəbər verir ki, holdinq Belçika ikinci divizionunda çıxış edən "Lommel"i satın alıb. Anlaşmaya əsasən, "City Football Group" klubun 1,75 milyon funt dəyərində olan borcunu ödəyəcək.
CFG holdinqinin daxilində ABŞ, Yaponiya, Avstraliya, Çin və digər ölkələri təmsil edən klublar var.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol