"Tyantszin Tyanhay" Çin Superliqasında iştirakdan imtina edib.
Fanat.Az "Beijing News"a istinadən xəbər verir ki, maliyyə problemləri ilə üzləşən klub iflasını elan edəcək. "Tyantszin Tyanhay"ın əvəzinə, Roberto Donadoninin çalışdırdığı "Şençjen" klubu Çin çempionatında mübarizə aparacaq.
Fabio Kannavaro və Paulo Souza daha öncə "Tyantszin Tyanhay"ı çalışdırıblar. Antoni Modest, Luis Fabiano, Aleşandro Pato və Aksel Vitsel kimi məşhur futbolçular bir zamanlar klubun formasını geyiniblər.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol