"Barselona"nın hücumçusu Lionel Messi koronavirusla mübarizə məqsədilə 500 min avro ianə edib.
Fanat.Az "TyC Sports"a istinadən xəbər verir ki, məbləğ Argentinada yerli xəstəxanalara avadanlıqların alınmasına sərf ediləcək.
Qeyd edək ki, "Barselona"nın üzvlərində koronavirus aşkarlanmayıb. Katalon klubu artıq məşqlərini bərpa edib.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol