"Zenit"in hücumçusu Artyom Dzyuba "Milan"ın maraq dairəsindədi.
Fanat.Az "Calciomercato"ya istinadən xəbər verir ki, "Milan" rəhbərliyi rus futbolçunu mövsümün sonunda komandanı tərk edəcəyi gözlənilən Zlatan İbrahimoviçin əvəzedicisi qismində görür.
Dzyubanın "Zenit"lə olan müqaviləsi 2020-ci ilin yayına kimi nəzərdə tutulub. Cari mövsümdə Rusiya çempionatında 21 matçda meydana çıxan 31 yaşlı forvardın aktivində 13 qol, 10 məhsuldar ötürmə var.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol