"Mançester Siti" rəhbərliyi baş məşqçi Pep Quardiolanın "Barselona"ya keçməyəcəyindən əmindi.
Fanat.Az "The Sun"a istinadən xəbər verir ki, "Siti" rəsmiləri 49 yaşlı mütəxəssisin müqavilə yeniləyəcəyinə inanırlar.
Yaxın günlərdə Joan Laporta 2021-ci ildə "Barselona"nın prezidenti postuna namizəd olacağını açıqlamış, seçkilərdə qələbə qazanacağı təqdirdə isə baş məşqçi postuna Quardiolanı gətirməyi planlaşdırdığını bildirmişdi.
Pep 2008-2012-ci illər aralığında katalon klubunu çalışdırıb. Onun dövründə komanda üçü La Liqa, ikisi Çempionlar Liqası olmaqla, toplam 14 titul qazanıb.
İspan çalışdırıcı "Mançester Siti"nin icraçı direktoru Ferran Soriano və idman direktoru Çiki Beqiristaynla yaxşı münasibətlərə sahibdi. Bu səbəbdən onun müqavilə yeniləmək ehtimalı yüksək qiymətləndirilir.
Pep 2019-cu ildə verdiyi açıqlamada "Barsa"ya qayıtmaq niyyətində olmadığını açıqlamışdı.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol