"Yuventus"un və İtaliya millisinin sabiq qolkiperi Stefano Takkoni koronavirus pandemiyası ilə bağlı fikirlərini bölüşüb.
Fanat.Az Goal.com-a istinadən xəbər verir ki, Takkoni koronavirusun adi qripdən fərqli olmadığını düşünür:
"Məncə, koronavirus adi qripdi. Yüz minlərlə insanın öldüyünü deyirlər. Yaxşı olar ki, konkret koronavirusdan ölənlərin adlarını çəksinlər. Hamını bir yığının içinə əlavə etmək olmaz. Artıq futbol vaxtıdı. Azarkeşləri də tribunalara qaytarmaq lazımdı".
İtaliya A Seriyasında mövsümün 13 iyunda bərpa ediləcəyi gözlənilir.
Son məlumatlara görə, İtaliyada koronavirusa yoluxanların sayı 222 mini keçib. Ölkədən 31 min 106 nəfər COVID-19-dan dünyasını dəyişib.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol