"Fiorentina"da koronavirusa yoluxan şəxslərdən daha birinin kimliyi məlum olub.
Fanat.Az "Football Italia"ya istinadən xəbər verir ki, "Fiorentina"nın idman direktoru Daniele Pradedə də koronavirus aşkarlanıbmış. O, bu barədə məlumatı təsdiqləyib:
"Virusu evə apardım. Nəticədə həyat yoldaşım, qaynım, nəvələrim və qayınanamı yoluxdurdum. Sonuncu 30 günə yaxın xəstəxanada qaldı. Murdar və yaramaz virusun yavaş-yavaş ailə üzvlərinizə keçməsini izləmək çox ağırdı. Həyatımızı dəyişməli, ehtiyat tədbirləri görməli və məsafəni qorumağı öyrənməliyik".
Son günlərdə "bənövşəyilər"in 6 üzvünün COVID-19 testi pozitiv çıxıb. Onların sıasında Martin Kaseresin də olduğu bildirilir.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol