"Yuventus" PSJ-nin superulduzu Neymara göz dikib.
Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Turin klubu braziliyalı hücumçunun transferini əsas prioritetlərdən birinə çevirib. Bununla da "Qoca sinyora” superulduzun əsas talibinə - "Barselona"ya rəqib olub.
Neymar yüksək maaş tələbiylə çıxış edəcəyi halda, trasnfer alınmayacaq. Çünki Kriştianu Ronalduya illik 30 milyon avro maaş verən "Yuventus" 28 yaşlı oyunçuya daha az əməkhaqqı ödəməyi düşünür.
Bu isə o deməkdi ki, Neymar Turin təmsilçisinə keçmək istəyəcəyi təqdirdə, maaşda güzəştə getməli olacaq.
Yeri gəlmişkən, bəzi Fransa KİV-ləri də rəhbərliyin Ronaldu - Neymar tandemindən külli miqdarda para qazanmaq planını əsas gətirərək keçidin reallaşmaq ehtimalını yüksək qiymətləndirib.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol