Məlum pandemiya üzündən dayandırılmış Ukrayna Premyer Liqasının taleyinə aydınlıq gəlib.
Fanat.Az xəbər verir ki, Ukrayna Futbol Federasiyasının, Premyer Liqanın rəhbərləri ilə elita klublarının nümayəndələri arasında həlledici görüş keçirilib.
Görüşdə çempionatın bərpa olunması qərara alınıb. Belə ki, Ukrayna Premyer Liqası mayın 30-dan etibarən qaldığı yerdən davam etdiriləcək. Lakin oyunlar mövsümün sonuna kimi azarkeşsiz keçiriləcək. Mövsümün sonuncu – 32-ci turunun oyunları iyulun 19-da baş tutacaq. Çempionatın pley-off oyunlarının, həmçinin Ukrayna kubokunun final qarşılaşmasının tarixinin daha sonra müəyyənləşdirilməsi qərara alınıb. Digər qərara əsasən klubların U-21 və U-19 komandaları arasında təşkil olunan birinciliklər bərpa olunmayacaq.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol