"Bavariya" "İnter"ə məxsus İvan Perişiçin satınalma opsiyasından istifadə etməmək qərarına gəlib.
Fanat.Az jurnalist Nikolo Skiraya istinadən xəbər verir ki, "Bavariya" rəhbərliyi tələb olunan 20 milyon avronun yüksək olduğunu düşünür.
Münhen klubu 15 maya kimi Perişiçin müqavilə haqlarını ələ keçirə bilərdi. Yekunda "İnter"ə "yox" cavabı verilsə də, "Bavariya"nın qiyməti aşağı salmaq üçün yenidən cəhd edəcəyi gözlənilir.
Xorvat futbolçu ötən ilin avqustundan Almaniya təmsilçisində icarə əsasında çıxış edir.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol