"Bavariya"nın hücumçusu Robert Levandovski ən yaxşı "9 nömrə"lərin adlarını açıqlayıb.
Fanat.Az "Goal"a istinadən xəbər verir ki, Levandovskinin "top-5 mərkəz hücumçuları" siyahısında İtaliya A Seriyası istisna, digər "böyük beşlik" çempionatlarının hamısından ən az bir futbolçunun adı var:
"Bu, çətin sualdı. Amma təkcə "9 nömrə"lərdən danışırıqsa, mən Kərim Benzema ("Real"), Timo Verner ("Layptsiq"), Luis Suares ("Barselona"), Serxio Aquero ("Mançester Siti") və Kilian Mbappenin (PSJ) adlarını çəkərdim".
Polşalı futbolçu daha öncə Dortmund "Borussiya"sının forvardı Erlinq Holann haqda fikirlərini bölüşmüş və onun hücumçu kimi böyük potensiala malik olduğunu bildirmişdi.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol