"Real"ın yarımmüdafiəçisi Toni Kroos Almaniyada koronavirusla bağlı son vəziyyətdən və Bundesliqanın bərpasından danışıb.
Fanat.Az xəbər verir ki, alman futbolçu DPA agentliyinə müsahibəsində qeyd edib:
"Almaniya koronavirusla bağlı vəziyyəti əla idarə etdi. Yoluxanların və ölülərin sayına baxanda bunu görmək mümkündü.
Mənə elə gəlir ki, almanlar mövsümü tamamlaya bilməsələr, digər ölkələr heç bacarmayacaq. Məncə, bu həftələrdə bütün böyük liqaların diqqəti Bundesliqanın üzərində olacaq".
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol