Pep Quardiola "Mançester Siti"nin baş məşqçisi kimi 8 titul qazanıb. Katalon mütəxəssisin daha öncəki iş yerləri - "Bavariya" və "Barselona"da da uğur qazanması insanların onun haqqında danışarkən "futbol tarixinin ən yaxşı məşqçilərindən biri" ifadəsini işlətməsinə səbəb olur.
Fanat.Az xəbər verir ki, "Siti"nin yarımmüdafiəçisi Bernaradu Silva da onlarla həmfikirdi. Portuqaliyalı futbolçu "Goal"a açıqlamasında Quardiolanın ən yaxşılardan biri olduğunu qeyd edib:
"Şəxsən mən təkcə Quardioladan yox, həm də "Mançester Siti"dəki komanda yoldaşlarımdan çox şey öyrənmişəm. Pep tarixin ən yaxşı məşqçilərindən biridi. Yaxşı ki, bizimlədi.
Komanda yoldaşlarımdan bilirəm ki, Pep bizə çox təsir edib. Bu, nəticələrdə, son üç mövsümdə qazandığımız titullarda da öz əksini tapıb. Bununla yanaşı, oyun tərzimizi də qeyd etmək lazımdı. Məncə, azarkeşlər hücum futbolundan, yaratdığımız epizodlardan, qollardan zövq alırlar".
Quardiolanın "şəhərlilər"lə müqaviləsi 2021-ci ilin yayında başa çatacaq.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol