Ronalduya pərəstiş edən 10 məşhur şəxs: Cennifer Lopes, Rihanna... -VİDEO
"Yuventus"un hücumçusu Kriştianu Ronalduya təkcə futbolsevərlər pərəstiş etmir. Portuqaliyalı futbolçunun fanatları sırasında müxtəlif sahələri təmsil edən məşhur şəxsiyyətlər də var.
Fanat.Az xəbər verir ki, "Oh My Goal" "YouTube" kanalı Ronalduya pərəstiş edən 10 məşhurdan ibarət sıralama hazırlayıb. Siyahıda Useyn Bolt (yüngül atlet), Rihanna (müğənni), Lebron Ceyms (basketbolçu), Arnold Şvartseneqqer (bodibilder, siyasətçi), Priyanka Çopra (aktrisa, model, müğənni), Uill Smit (aktyor), Rafael Nadal (tennisçi), Robbi Uilyams (müğənni), Konor Makqreqor (qarışıq döyüş sənətləri ustası) və Cennifer Lopes (müğənni) kimi isimlərə rast gəlmək mümkündü.