"Bavariya" Bundesliqanın 26-cı turu çərçivəsində "Union"la oynanılan matçdan 2:0 hesabı ilə qalib ayrılıb.
Fanat.Az xəbər verir ki, "Bavariya" baş məşqçi Hans-Diter Flikin rəhbərliyi altında çempionatda keçirdiyi 16 oyunda 50 qol vurub. Bu, Bundesliqa rekordudu. İndiyə kimi heç bir məşqçi 50 qol limitinə bu qədər erkən çatmayıb.
Flik ötən ilin yayında Niko Kovaçın köməkçisi təyin olunmuşdu. Mövsümün gedişində xorvat çalışdırıcı istefaya göndərildikdən sonra alman mütəxəssis onu əvəzləmişdi.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol