"Mançester Siti"nin hücumçusu Serxio Aquero Avropa nəhənglərinin maraq dairəsinə düşüb.
"Real" və "İnter" Aquero ilə yaxından maraqlanırlar. Fanat.Az jurnalist Nikolo Skiraya istinadən xəbər verir ki, "şəhərlilər" sözügedən klubların təkliflərini dinləmək niyyətində deyil. Rəhbərlik argentinalı futbolçunu komandada saxlamağı planlaşdırır.
Yayılan xəbərlərə baxmayaraq, Aquero və "Napoli" arasında heç bir danışığın olmadığı bildirilir.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol