Merih Demiralın forma geyindiyi "Yuventus" heyətinə daha bir türk futbolçu qatmaq istəyir.
Fanat.Az xəbər verir ki, Turin klubu Çingiz Ündəri transfer etmək üçün hərəkətə keçib.
İtaliyanın mətbuatının məlumatına görə, "Yuventus" türk futbolçunun qarşığında Romeronu "Roma"ya təklif edir. İcarə əsasında "Cenoa"da çıxış edən Romeronun baş məşqçi Mauritsio Sarrinin planlarına daxil olmadığı bildirilir.
Məlumata görə, "Yuventus"un idman direktoru Fabio Paratisi gələn həftə "Roma"nın icraçı direktoru Quydo Fienqa ilə görüşərək transfer məsələsini müzakirə edəcək.
Qeyd edək ki, bu mövsüm 20 oyuna çıxan Çingiz Ündər 3 qol vurub.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol